Vahid Mustafayevin yeni layihəsi

21 Dekabr, 2017 15:53 | Mədəniyyət | Baxış sayı: 1313
Vahid Mustafa Yev film çəkilişi zamanı
Vahid Mustafa Yev film çəkilişi zamanı

ANS-in prezidentindən gənclərə dəstək

Azərbaycan kinosunun gənc resurslara ehtiyacı var və Vahid Mustafayevin başladığı yeni layihə bu boşluğu dolduracaq.

İstiPress-ə bu barədə müsahibə verən tanınmış rejissor, Azərbaycanın xalq artisti Cənnət Səlimova yeni başlanan Azərbaycan Milli Kino və Animasiyaya Dəstək (AMKAD) layihəsi barədə bildirib.

Cənnət Səlimova - rejissor, Azərbaycanın xalq artisti
Cənnət Səlimova - rejissor, Azərbaycanın xalq artisti

Cənnət Səlimova AMKAD-ın kollegiya üzvləri sırasındadır. Kollegiyaya həmçinin tanınmış tele və kino rejissor Vasif Babayev, rejissor və kinoşünas Ayaz Salayev, həmçinin rejissor, ANS Media Qrupunun rəhbəri Vahid Mustafayev daxildir. AMKAD-ın saytında (www.amkad.org) bildirilir ki, Azərbaycan Milli Kino və Animasiyaya Dəstək Layihıəsi ölkənin hər bir vətəndaşından yardım üçün müraciətlər qəbul edir. “Bundan əlavə, Azərbaycan haqqında film çəkən xarici vətəndaşlarda AMKAD-dan dəstək ala bilər”,- saytda bildirilir.

Cənnət Səlimovanın dediyinə görə,  AMKAD gənclərdən film ssenariləri götürərək gənc rejissorlar və operatorlar tərəfindən həmin filmlərin çəkilməsinə şərait yaradacaq.

Onun sözlərinə görə, bunun Azərbaycan kinosu üçün gənc rejissorlar, ssenari müəllifləri və operatorlar yetişdirilməsində böyük rolu olacaq. “Əziz Dostlar, Azərbaycan naminə yaradın və heyran edin - unutmayın ki, dahilər öz həyatlarını incəsənətə, cılızlar isə incəsənəti öz həyatlarına qurban verirlər!”,- deyə rejissor Vahid Mustafa Yev layihə ilə bağlı öz “Facebook” səhifəsində bildirib.