Məşhur aktrisanın cangüdənləri jurnalistləri döydü - VİDEO

21 Dekabr, 2016 20:12 | Mədəniyyət | Baxış sayı: 281
Monika Beluççi
Monika Beluççi

İki rus vətəndaşı döyüldü

Dünya şöhrətli italyan aktrisa Monika Beluççinin Moskva səfəri zamanı xoşagəlməz anlar yaşanıb.

İstiPress Axşam.az-a istinadən xəbər verir ki, aktrisanın cangüdənləri iki rus vətəndaşını döyüblər. Belə ki, Monika otellərdən birinə rəsmi nahara dəvət alıb. Bu zaman rusiyalı müxbir və fotoqraf ona yaxınlaşaraq, müsahibə almaq istəyiblər. Lakin cangüdənlər onları Bellucaya yaxın buraxmayıblar. 

Bundan əsəbləşən fotoqraf cangüdənləri söyməyə başlayıb. Təhqirə dözməyən cangüdən onu yerə yıxaraq döyüb. Araya müxbir və digər cangüdənlər də giriblər.

Fotoqrafın verdyi məlumata görə, onun aparatına ziyan dəyməsə də, amma özü və yoldaşı yaxşıca zədələniblər.