"İlin adamı Flora Kərimova olmalıdır"

21 Dekabr, 2016 15:13 | Mədəniyyət | Baxış sayı: 103
Murad Arif
Murad Arif

Türkiyədə nəşr olunan "GQ" jurnalının aktyor Kıvanç Tatlıtuğu "İlin adamı" secməsi Azərbaycanda da marağa səbəb olub

İstiPress xəbər verir ki, Azərbaycanlı ifaçı, şoumen və bəstəkar Murad Arif xalq artisti Flora Kərimovanı "İlin adamı" adlandırıb:

"İlin adamı yalnız burcutmaqla, rol oynamaqla, fonoqram oxumaqla deyil, müəyyən ictimai aktivlik ilə olunursa, bizdə bir tək Flora Kərimova ağla gəlir ki, Sosoya etiraz edən tək müğənni oldu".

Qeyd edək ki, gürcü əsilli müğənni Soso Pavliaşvilinin Azərbaycanda solo konsert verməsi birmənalı qarşılanmamışdı. Ermənistanı özünün ikinci vətəni adlandıran Sosonun Bakıda konsertinə F. Kərimova sərt təpki göstərmişdi. O, konserti təşkil edən Emin Ağalarova da açıq məktub ünvanlayaraq, konsertin ləğv olunmasını istəmişdi.

Flora Kərimova
Flora Kərimova