Van Damm Qəbələdən yazdı FOTO

21 Noyabr, 2019 09:07 | Mədəniyyət | Baxış sayı: 85
Van Dammın heykəli
Van Dammın heykəli

Dünya şöhrətli aktyor heykəlinə görə Azərbaycana təşəkkür edib

Dünya şöhrətli Hollivud ulduzu, amerikalı aktyor Jan Klod Van Damm Azərbaycana təşəkkür edib. Bu təşəkkürün səbəbi isə Qəbələ rayonunun Vəndam kəndində onun heykəlinin hazırlanmasıdır. 

Məşhur aktyor bununla bağlı "Facebook" səhifəsində paylaşım edib.“Azərbaycanın Vəndam adlı kəndində heykəltəraş Azad Əliyev tərəfindən JCVD heykəli qoyulub. Təşəkkür edirəm”.

Qeyd edək ki, Van Dammın "Facebook" səhifəsində 17 milyondan çox izləyici var. Onun yerləşdirdiyi foto minlərlə insan tərəfindən bəyənilib.