Colini Aliyə əvəz etdi

21 Noyabr, 2019 14:00 | Mədəniyyət | Baxış sayı: 89
Bred Pitt keçmiş və yeni sevgilisi ilə
Bred Pitt keçmiş və yeni sevgilisi ilə

Dünyanın ən yaraşıqlı kişilərindən biri yeni sevgili tapdı

Dünyanın ən gözəl cütlüklərindən biri hesab edilən, 6 uşaq böyüdən, evlilikdən qısa müddət sonra qalmaqallı şəkildə ayrılan Ancelina Coli və Bred Pitt barədə yeni məlumat yayılıb. Uzun müddət yalnız olan Pitt artıq özünə yeni sevgili tapıb.

İddialara görə, Colini İraq əsilli Aliyə əvəz edib. 30 yaşlı Aliyə Şavkat "Arrested Development" adlı serial ilə adını məşhurlaşdırıb.

56 yaşlı Pitt ilə Aliyə ötən gün Nyu-Yorkda "A Play is a Poem" adlı tamaşadan çıxarkən görüntüləniblər. 

Cütlük daha öncə də bir neçə dəfə kameraların obyektivlərinə tuş gəlmişdi.

Aliyə Şavkatın atası 1978-ci ildə ABŞ-a köç edib.