Bakıda Türk Filmləri Həftəsi başlayır

21 Noyabr, 2016 18:28 | Mədəniyyət | Baxış sayı: 5
Bakıda türk filmləri həftəsi
Bakıda türk filmləri həftəsi

Filmlərə giriş pulsuzdur

22- 27 Noyabrda  Bakıda Türk Filmləri Həftəsinə start veriləcək. Türk Filmləri həftəsi öncəsi Türkiyə Prezidentinin ictimai məsələlər üzrə köməkçisi  Yalçın Topçu və yerli düşüncə dərnəyinin sədri Metin Gündogdu Bakıya gəliblər.

Yalçın Topçu,  Metin Gündoğdunun iştirakı ilə  21 Noyabr saat 11.00- də Avropa Otelində Türkiyə - Azərbaycan münasibətləri, 15 iyul hərbi çevrilişə cəhd və millətin zəfəri ilə Türk Filmləri həftəsi mövzusunda Azərbaycan media nümayəndələrinin iştirakı ilə mətbuat konfransı təşkil olunub.

Mətbuat konfransında, Azərbaycanın Əməkdar artisti Azərin ‘’ 15 Temmuz Gecesi’’ adlı mahnısını ifa edib.

Filmlər 22 noyabrdan etibarən Nizami Kino Mərkəzində nümayiş olunacaq. Filmlərə giriş pulsuzdur. 22 noyabrda axşam 7-də tədbirin açılış mərasimi keçiriləcək.