CeyLo dekoltesi ilə podiumda "fırtına" qopardı FOTO

21 Sentyabr, 2019 16:00 | Mədəniyyət | Baxış sayı: 236
5d85d2907af5072dd8af3edd
5d85d2907af5072dd8af3edd

Seksual ulduz 19 il öncəki əfsanəvi geyimində

Dünyanın ən seksual qadınları siyahısında olan Cenifer Lopez yenə gündəmə bomba kimi düşə bilib. 50 yaşı olmaasına baxmayaraq ideal bədən qurluşu ilə gənclərə belə meydan oxuyan ulduz bu dəfə özünü model kimi sınayıb. CeyLo "Versace"nin podiumda əfsanəyə çevrilən geyimini nümayiş etdirib.

İfaçı 2000-ci ildə "Qremmi" mükafatalarının təqdimetmə mərasimində geyindiyi yazış göbəyə kimi dekoltesi olan geyimin bənzəri ilə səhnəyə çıxıb. Şou aləminin simvollarındna birinə çevrilən və tarixə düşən yaşıl geyim də adıçəkilən modelyerin əl işidir. 

50 yaşlı ulduzla yanaşı podiuma Kendalll Cenner, Kaia Gerber, İrina Şeyk, Bella və Gigi Hadid də çıxıb. Ən sonra isə modelyerin özü Donatella Versace Lopezlə birlikdə səhnəyə gəlib.

CeyLo 2000-ci ildə
CeyLo 2000-ci ildə
Cenifer Lopez
Cenifer Lopez