Tanınmış aktyor vəfat elədi

21 Avqust, 2019 19:28 | Mədəniyyət | Baxış sayı: 279
Məhərrəm Qurbanov
Məhərrəm Qurbanov

2 gün öncə beyin insultu keçirib

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib.

İstiPress-in məlumatına görə, o, bu gün 60 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Məhərrəm Qurbanov 2 gün öncə beyin insultu keçirdiyi üçün Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.

Məhərrəm Qurbanov 24 iyul 1959-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1982-ci ildə Bakı Mədəni-Maarif texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmuşdur. 1988-ci ildə oranı bitirib və həmin ildə Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. 1996-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına aktyor vəzifəsinə qəbul olunmuşdur. 

Saysız-hesabsız tamaşalarda müxtəlif obrazlar canlandıran sənətkar "Qız qalası", "Ərazi", "Ayrılıq imiş", "Axırıncı yol", "Son nəfəsədək" və s. filmlərdə rol alıb.