Rusiya yenə "Jara"ya baxacaq

21 Avqust, 2019 08:14 | Mədəniyyət | Baxış sayı: 46
"Jara"
"Jara"

Rusiya televiziyası üçüncü dəfə festivalı yayımlayacaq

Rusiyanın Birinci kanalı Bakıda ötən ay keçirilən "Jara" Beynəlxalq Musiqi Festivalının yayımını davam etdirir. Üçüncü yayım bu həftənin cümə günü - avqustun 23-də Moskva vaxtı ilə 21:30-da olacaq. İlk yayım avqustun 9-da, ikinci isə 16-da olmuşdu. 

Adıçəkilən festival iyulun 25-28-də keçirilib. Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqoriy Leps, Rusiyanın “Qızıl qramofon” mükafatı laureatı Sergey Kojevnikov tərəfindən təşkil olunan “JARA” festivalı artıq 4-cü dəfədir keçirilib.

Festivalda Rusiyanın və Azərbaycanaın ən məşhur ulduzları səhnəyə çıxıblar.