Müslüm Maqomayev filminin ilk treyleri VİDEO

21 Fevral, 2020 14:03 | Mədəniyyət | Baxış sayı: 36
Miloş Bikoviç
Miloş Bikoviç

Müğənnini serbiyalı aktyor Miloş Bikoviç canlandırıb

Məşhur müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevə həsr olunmuş “Maqomayev” serialının treyleri təqdim edilib. Treyleri Rusiyanın nüfuzlu “Channel 1” telekanalı yayaıb. 

Dmitriy Turin və Roman Prıqunov tərəfindən çəkilmiş ekran əsərində böyük sənətkarın həyatı, o cümlədən opera müğənnisi Tamara Sinyavskaya ilə tanışlığı və məhəbbət hekayəsi təsvir olunur. Çəkilişləri Bakıda, Moskvada və Zelenoqrad şəhərlərində aparılıb. 

Müslüm Maqomayevi filmdə serbiyalı aktyor Miloş Bikoviç canlandırıb.