Xalq artisti 22 illik ərini belə təbrik etdi FOTO

21 Yanvar, 2020 10:53 | Mədəniyyət | Baxış sayı: 258
Xalq artisti və həyat yoldaşı
Xalq artisti və həyat yoldaşı

"Məni bir qadın və bir ana kimi xoşbəxt edən həyatımın yoldaşı!"

Xalq artisti Zülfiyyə Xanbabayeva sosial şəbəkədə həyat yoldaşı Zaur Məmmədovla fotolarını paylaşıb. Sənətçi bu yolla həyat yoldaşının ad günün təbrik edib. 

“22 il bir göz qırpımında keçdi. Bu illərimin dostu, sirdaşı! Məni bir qadın və bir ana kimi xoşbəxt edən həyatımın yoldaşı! Ad günün mübarək!”.

Z.Xanbabayeva "İnstagram"da qızının da yer aldığı ailəvi fotosunu da yerləşdirib. 

Qeyd edək ki, cütlüyün bu nikahdan Dəniz adlı bir qız övladı var. Zaur Məmmədov “Simurq” futbol klubunun eks-prezidentidir.