Tarkan boşanır?

21 Yanvar, 2019 14:41 | Mədəniyyət | Baxış sayı: 69
Tarkan və həyat yoldaşı
Tarkan və həyat yoldaşı

Müğənninin arvadının qısqanclıqlarından bezdyi iddia edilir

Türkiyənin meqastarı Tarkan arvadından ayrılıb. Bu iddia son günlər mətbuatda geniş yayılıb. Məlumata görə, Pınarın qısqanclıqları onu özündən çıxarıb.

Cütlüyün arası 3 aydırki pisdir. İddiaya görə, hətta Tarkan birlikdə yaşadıqları evi də tərk edib.

Müğənninin bu iddialara cavabı çox gecikməyib. "Qızımızla birlikdə Almaniyadakı evimizdəyik, çox xoşbəxtik. Ailələrimiz də yanımızdadır. heç bir problem yoxdur".

Xatırladaq ki, Tarkan ilə Pınar Tevetoğlu 29 aprel 2016-cı ildə 20 nəfərin iştirak etdiyi sadə toy mərasimi ilə evləniblər. 6 ay öndə isə onların qızları Liya doğulub.