Kinonun əfsanəsi - gözəllik simvolu FOTOLAR

20 Sentyabr, 2019 16:06 | Mədəniyyət | Baxış sayı: 93
Sofi Loren
Sofi Loren

XX əsrin ən məşhur italiyalısı 85 yaşını qeyd edir

Ötən əsrin ortalarının ən seksual ulduzu, kino aləminin əfsanəvi Sofi Lorenin 85 yaşı tamam olur. O, nəinki dünyanın ən çox titullu aktrisası, həm də gözəllik simvoludur. Bu gün də yaşına baxmayaraq Loren ideal forması, gözəlliyi ilə özündən gənclərə belə meydan oxuyur. 

XX əsrin ən seksual, cazibədar və məşhur italiyalı xanımı kariyerası ərzində onlarla filmdə rol alıb. Bu gün isə dünyanın ən aparıcı kino festivllarının, mərasimlərinin əsas ulduzlarından biridir. 

72 yaşında O "Pirelli calendar" üçün yarıçılpaq fotosessiya etdirib, 80 da "Damiani" zərgərlik evinin siması seçilib, 81 yaşında isə "Dolce & Gabbana"nın dodaq boyasını təqdim edib. 

84 yaşında o yenidən sehirli kino dünyasına qayıdıb. O oğlunun, rejissor Edoardo Pontinin "Bütün həyatın qabaqdadır" filmində rol alıb.