İTV "Eurovision"dakı Azərbaycan xəritəsinə görə izahat tələb etdi

20 May, 2019 09:00 | Mədəniyyət | Baxış sayı: 232
Xəritə
Xəritə

Xəritədə Qarabağ və Naxçıvan göstərilməyib

İctimai Televiziya və Radio Yayımları Şirkəti "Eurovision-2019" mahnı müsabiqəsinin təşkilatçılarına şikayətlə müraciət edib.

Müraciət mayın 18-də "Eurovision-2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməməsi ilə bağlıdır.

"Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib. Hazırda bununla bağlı qarşı tərəfin açıqlamasını gözləyirik", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev 297 xalla 7-ci yerdə qərarlaşıb.