“Qanlı Yanvar” “CinemaPlus” kinoteatrlarında

20 Yanvar, 2020 11:38 | Mədəniyyət | Baxış sayı: 76
"Qanlı yanvar"
"Qanlı yanvar"

Bu gün rejissoru Vahid Mustafayevin filminin pulsuz nümayişi olacaq

Bu gün “CinemaPlus” kinoteatrlar şəbəkəsində “Qanlı Yanvar” filminin ödənişsiz nümayişi keçiriləcək.  Kinoteatrdan verilən məlumata görə, filmin rejissoru Vahid Mustafayev, baş rollarda isə Nəbahət Çehrə, Faiq Mirzəyev və Azər Aydəmir oynayırlar.

Film 1990-cı ilin 20 yanvar faciəvi hadisələrindən bəhs edir. Ekran əsərinin süjet xəttinə görə, iki qardaş-kommunist Nəcəf və inqilabçı Mehdidir və hər birinin öz həqiqəti var. Dramın mərkəzində isə onların anası Xədicədir.

20 yanvar 1990-cı il. O gün Azərbaycan xalqının tarixində Qanlı Yanvar kimi qalacaq. Məhz həmin gün Azərbaycan adlı kiçik bir respublika öz milli azadlıq və müstəqilliyi uğrunda böyük bir imperiya ilə mücadiləyə qalxdı və SSRİ ordusu tərəfindən öz qanına qəltan edildi. Azərbaycan şəhərlərinə daxil olan Sovet ordusu, tank və digər ağır texnika ilə qarşısına çıxanı qırırdı. Ən böyük toqquşmalar paytaxt Bakıda baş vermişdi. 140-a yaxın yerli sakin və 30-a qədər əsgər və zabit həlak olmuşdu.  “Qanlı Yanvar” filmi həmin hadisəni bizə bir azərbaycanlı ailəsinin-Nərimanovların gözü ilə göstərir. İki qardaş, KGB zabiti, kommunist Nəcəf və sovet ordusunun keçmiş zabiti, indi demokrat –inqilabçı Mehdi, əks düşüncələrinə görə ölüm-dirim mübarizəsinə qalxıb. Dramanın mərkəzində, onları boya-başa çatdıran ANA - Xədicə xanın bir sipər kimi dayanır. Hər iki qardaş Azərbaycanı çiçəklənən və firavan görmək istəyir. Xədicə xanımın sözləri ilə desək “...sadəcə onların yolları və yoldaşları ayrıdır!” Vətən, ana və ailə məhəbbətlərinin qarşılaşdırıldığı film sonadək hər kəsin öz həqiqətini tanıyır.