Xalq artisti dünyasını dəyişdi

20 Yanvar, 2018 14:51 | Mədəniyyət | Baxış sayı: 803
Tabut (Arxiv)
Tabut (Arxiv)

Xalq artisti Gülcahanı Güləhmədova-Martınova dünyasını dəyişib.

İstiPress-in məlumata görə, rejissor xəstəlik nəticəsində, 92 yaşında vəfat edib.

Qeyd edək ki, Gülcahanı Güləhmədova-Martınova 30 il ərzində Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olub. Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatıdır.

Onun tərəfindən 70-dən çox əsər tamaşaya qoyulub. Onlar Şekspir, Şiller, Rostan, Fr. Saqan, İ. Əfəndiyev, M. İbrahimov, Verdi, Çaykovski, Bize, Motsart, Çimaroza, Hacıbəyov, Əmirov, Rimski-Korsakov və digər məşhurların əsərləridir.

Gülcahanı Güləhmədova-Martınova - xalq artisti
Gülcahanı Güləhmədova-Martınova - xalq artisti