Xalq artistinin yubileyi qeyd olundu

19 Dekabr, 2018 15:35 | Mədəniyyət | Baxış sayı: 110

Mərkəzi İncəsənət Məktəbində böyük bəstəkarla bağlı tədbir keçirilib

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində böyük bəstəkarımız, SSRİ xalq artisti, akademik Arif Məlikovun 85 illik yubileyi münasibətilə konsert keçirilib.

İstiPress-in məlumatına görə, konsertin aparıcısı musiqişünas Leyla Həsənova böyük bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. 

Sonra isə bəstəkarın fortepiano əsərlərindən, balet musiqisindən, eləcə də kino musiqisindən nömrələr məktəbin şagirdləri və müəllimləri tərəfindən səsləndirilib. 

Tədbirdə iştirak edən A.Məlikovun tələbələrindən Ceyhun Allahverdiyev və Gülnarə Məmmədova öz təəssüratlarını bölüşüblər. Ceyhun Allahverdiyev çıxış edərək müəllimi haqqında xatirələrini söyləyib.