Hollivud aktrisası Ja Ja Qabor 99 yaşında dünyasını dəyişib

19 Dekabr, 2016 03:54 | Mədəniyyət | Baxış sayı: 23
Ja Ja Qabor 99 yaşında dünyasını dəyişib
Ja Ja Qabor 99 yaşında dünyasını dəyişib

Son bir neçə ildə aktrisanın səhhəti ağırlaşmışdı və heç kəsi görmək istəmirdi

Məşhur Hollivud ulduzu, Macarıstan əsilli aktrisa Ja Ja Qabor 99 yaşında dünyasını dəyişib.

İstiPress BBC-yə istinadən xəbər verir ki, Qabor ötən gün ürək tutmasından vəfat edib. Onu xəstəxanaya çatdırsalar da, həkimlər bir şey edə bilməyib.

Bir az da yaşasaydı, aktrisa fevral ayında 100 yaşını tamamlayacaqdı. Həyat yoldaşı şahzadə Frederik fon Anhaltın sözlərinə görə, son bir neçə ildə aktrisanın səhhəti ağırlaşmışdı və heç kəsi görmək istəmirdi.

Gəncliyində gözəlliyi ilə seçilən platin-sarışın Ja Ja Qabor 9 dəfə ailə qurub, 7 dəfə boşanıb. Bir nikahı isə, ümumiyyətlə, silinib. Onun sonuncu həyat yoldaşı 72 yaşlı Frederik fon Anhalt isə özündən 27 yaş kiçikdir.

Aktrisa ən məşhur rollarını "Mulen Ruj" (1952) və "Üç məhəbbət hekayəsi" (1953) filmlərində canlandırıb.