Məşhur müğənni əkiz doğdu

19 İyun, 2017 10:56 | Mədəniyyət | Baxış sayı: 170
Beyons və qızı Blu Ayvi
Beyons və qızı Blu Ayvi

Körpələrin cinsiyyəti bilinmir

Dünya şöhrətli müğənni Beyons ikinci dəfə ana oldu. İstiPress-in BBC-yə istinadla verdiyi məlumata görə, ifaçının əkizləri dünyaya gəlib. Hələlik körpələrin cinsiyyəti və dəqiq doğum tarixləri açıqlanmayıb. 

Doğumun həyata keçdiyi haqqında məlumat Los Ancelesdə bir qadının əlində "B + J" yazan bir plakatla xəstəxanaya girməsindən sonra yayılıb. 

Reper Jay Z ilə evli olan sənətçi fevral ayında əkizlərə hamilə olduğunu açıqlamışdı. O, xəbəri "İnstagram" səhifəsində yerləşdirdiyi foto ilə elan edib. Bu foto "İnstagram" tarixinin ən çox "like" alan fotolarından olub. 

Cütlüyün 5 yaşlı Blue İvi adlı bir qızı var.