“Eurovision”da ləğv edildi

19 Mart, 2020 08:40 | Mədəniyyət | Baxış sayı: 63
"Eurovision" müsabiqəsinin loqosu
"Eurovision" müsabiqəsinin loqosu

Bu il müsabiqə baş tutmayacaq

Bu ilin may ayında Niderlandda keçirilməli olan “Eurovision” mahnı müsabiqəsi koronavirusun yayılması riski səbəbi ilə rəsmi olaraq ləğv edilib. Bu barədə təşkilatçılar məlumat yayıblar. Avropa Yayım Birliyi (EBU) bu il “Eurovision”a ev sahibliyi etməli olan Rotterdam ilə birlikdə müsabiqənin 2021-ci ildə keçirilməsini müzakirə etməyə davam edəcək.

Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi mayın 12-dən 16-dək Rotterdamdakı “Ahoy” konsert zalında keçirilməli idi.

Azərbaycanı müsabiqədə təmsil etmək üçün “Kleopatra” mahnısı ilə Samirə Əfəndi seçilmişdi.