Azərbaycanlı musiqiçi əcnəbi qızla evləndi - FOTO

19 Fevral, 2019 14:57 | Mədəniyyət | Baxış sayı: 322
Karen Danger
Karen Danger

Onlar Vyanada münasibətlərini rəsmiləşdirib

Tanınmış pianoçu, bəstəkar-dirijor Abuzər Manafzadə Avstriyada ailə həyatı qurub. O, ifaçı Karen Danger ilə Vyanada münasibətlərini rəsmiləşdirib. 

Toy fevralın 14-ü-Sevgililər Günündə baş tutub. Cütlük nikah mərasimindən çəkillən şəkilləri sosial şəbəkələrdə paylaşıb. 

A.Manafzadə 2000-ci ildə Bakıdan İstanbula köçüb, orada yaşayıb. Hətta musiqiçi Türkiyədə məşhur “Kim milyonçu olmaq istəyir?” şousunda da iştirak edib. 

O, Vyana Musiqi Akademiyasının tələbəsi olub və oranın solisti Karenlə tanış olub. 

Karen Danger və Abuzər Manafzadə
Karen Danger və Abuzər Manafzadə