Serialların ən yaxşıları seçildi FOTOLAR

18 Sentyabr, 2017 10:38 | Mədəniyyət | Baxış sayı: 181
"Emmi" mükafatının təqdimedilməsi
"Emmi" mükafatının təqdimedilməsi

Televiziya "Oskar"ı sahiblərini tapdı

ABŞ-da televiziya "Oskar"ı kimi qiymətləndirilən "Emmi" mükafatının təqdimetmə mərasimi keçirilib. İstiPress-in məlumatına görə, "Xidmətçinin hekayəsi" əsas nominasiyada mükafata sahib çıxıb. Baş rolun ifaçısı Elizabet Moss "dramatik janrda ən yaxşı aktrisa" adını qazanıb.

"Vitse prezident" ən yaxşı komediya serialı,  orada rol alan Culiya Luis-Dreyfus isə 6-cı dəfə bu janrda ən yaxşı aktrisa kimi "Emmi"ni qazanıb. 

"Dramatik janrda ən yaxşı kişi aktyor" nominasiyasında qalib "Bu bizik" serialı ilə Sterlinq Braun, "ən yaxşı komik aktyor" nominasiyasında isə "Atlanta" serialı ilə Donald Qlover olub. 

Ən yaxşı mini serial "Böyük kiçik yalan" seçilib. Serialda baş rolu ifa edən məşhur aktrisa Nikol Kidman "mini serialda ən yaxşı aktisa" kimi öz heykəlini alıb. Bu kateqoriyada ən yaxşı aktyor isə "Bir dəfə gecə" serialı ilə Riz Əhməd olub. 

"Emmi" nominantları bu ilin iyun ayında açıqlanmışdı. mükafatlandırma mərasimi isə ötən gün Los Ancelesdə baş tutub.