Moskva Böyük Teatrında mövsümü Azərbaycan müğənniləri açacaq

18 Avqust, 2020 16:37 | Mədəniyyət | Baxış sayı: 31

Koronavirus pandemiyası üzündən bağlanmış Rusiya Dövlət Akademik Böyük Teatrında yeni mövsümü Azərbaycanın xalq artistləri Yusif Eyvazov və Elçin Əzizov açacaqlar.

İstiPress  bu barədə teatrın saytına istinadən xəbər verir.

Müğənnilər  Cüzeppe Verdinin "Don Karlos" operasında iştirak edəcəklər. Opera 6, 8 və 10 sentyabrda tamaşaçılara təqdim ediləcək.

Epidemioloji vəziyyətə görə bütün truppa tamaşada iştirak edə bilməyəcək. Operada Eyvazov və Əzizovla yanaşı Anna Netrebko, Ildar Abdrazakov, Aqunda Kulayeva, İvan Maksimeyko və digər sənətçilər çıxış edəcəklər.