Xalq artistinin qardaşı 6 yaşlı qızına təcavüz edib? - Qalmaqallı VİDEO

18 Aprel, 2019 09:15 | Mədəniyyət | Baxış sayı: 669
Zorlama
Zorlama

Nazpəri Dostəliyevanın ailəsi ilə bağlı hər kəsi şok edən məlumat yayıldı

Azərbaycanın Xalq artisti nazpəri Dostəliyevanın ailəsi ilə bağlı qalmaqallı məlumat yayılıb. İstiPress-in məlumatına görə, özünü onun qardaşı qızı kimi təqdim edən Pərvanə adlı xanım atasının təcavüzünə uğradığını deyib. Pərvanə video müraciətdə 6 yaşı olarkən atası tərəfindən dəfələrlə Zeynəb Dostəliyevanın evində təcavüzə məruz qaldığını açıqlayıb.

Xalq artisti Nazpəri Dostəliyeva özünü onun qardaşı qızı kimi təqdim edən və atasının təcavüzünə məruz qaldığını bildirən Pərvanə Dostəliyeva ilə bağlı açıqlama verib.

Xalq artsitinin də gənc qadına cavabı gecikməyib. N.Dostəliyeva da "İnstagram" hesabından açıqlama yayaraq Pərvanəni qardaşının gənclik səhvi adlandırıb:

“Bu gün bir qadının yayılan videosu məni sizə açıqlama verməyə məcbur etdi. Bir xalq artisti olaraq hər zaman ayağımdan dartmağa çalışanlar çox olub. Bu böhtanların üstündən hər zaman səbrlə keçmişəm və susmuşam. Videosu yayılan bu sərxoş qadın guya mənim qardaşım qızıdır və məni şantaj edir. Qardaşım Ağaların rəsmi nikahdan iki oğlu var. Qardaşımın gəncliyində ətrafında qızlar çox olub. Bu qız da, yəqin, qeyri-qanuni dünyaya gələn biridir.

Çox təəssüf edirəm ki, qardaşımın gənclik səhvinə görə bu gün mən şantaj olunuram. Onun məni şantaj etməyinin səbəbi də bu qızın anasını və özünü qəbul etməməyim və yaxınıma buraxmamağımdır. Mən heç vaxt o qızı qəbul etməmişəm və etməyəcəm də.

Ağlı başında olan bir qadın belə sözlər danışmaz. Onun danışdıqları cəfəngiyatdır. Ona görə də, onun sözlərini ciddiyə almıram”.

Pərvanə isə bu açıqlamadan sonra daha bir addım ataraq arxiv şəkillərini paylaşıb. Bu paylaşımda Pərvanənin uşaqlıqda Zeynəb Dostəliyeva ilə, atası və anası ilə olan şəkillər əks olunub.

Посмотреть эту публикацию в Instagram

Xalq artisti Nazpəri Dostəliyevanın illərdir gizli saxladığı rüsvayedici ailə sirrinin üstü açılıb. @show_news xəbər verir ki, Nazpəri xanım məsələ ilə bağlı açıqlama verib. O, Pərvanə adlı bu xanımın qardaşının qeyri-qanuni nigahdan dünyaya gəldiyini bildirib: “BU GÜN BİR QADININ YAYIMLANAN VİDEOSU MENE MECBUR ELEDİ Kİ , SİZE AÇIQLAMA VERİM. BİR XALQ ARTİSTİ OLARAQ HER ZAMAN AYAĞIMDAN DARTMAĞA ÇALIŞANLAR ÇOX OLUB.BU BÖTANLARIN ÜSTÜNDEN HER ZAMAN SEBİRLE KEÇMİŞEM VE SUSMUŞAM.VİDEOSU YAYILAN BU SERXOŞ QADIN GÜYA MENİM QARDAŞIM QIZI OLDUĞUNU DEYİR VE MENİ ŞANTAJ EDİR . MENİM QADAŞIM AĞALARIN RESMİ NİGAHDAN İKİ OĞLU VAR. QARDAŞIMIN GENCLİYİNDE ETRAFINDA QIZLAR ÇOX OLUB. BU QIZ DA YEQİN Kİ , QEYRİ QANUNİ DÜNYAYA GELEN BİRİDİ. ÇOX TESSUF EDİREM Kİ , QARDAŞIMİN BU GENCLİK SEHFİNE GÖRE BU GÜN MEN ŞANTAŞ OLUNURAM. ONUN MENİ ŞANTAŞ ETMESİNİN SEBEBİ DE MEN BU QIZIN ANASINI VE ÖZÜNÜ HEÇ VAXT QEBUL ETMEMEYİM VE YAXINIMA BURAXMAMAĞIMDI. MEN HEÇ ZAMAN O QIZI QEBUL ETMEMİŞEM ETMEYECEM DE. AĞLI BAŞINDA OLAN BİR QADIN BELE SÖZLER DANIŞMAZ.VİDEODAN GÖRÜNDÜYÜ KİMİ O QIZIN AĞLI BAŞINDA DEYİL ,DANİŞDIWLARI DA CEFENGİYATDI .ONA GÖRE DE MEN ONUN SÖZLERİNİ CİDDİYE ALMIRAM”. Pərvanənin əvvəlki açıqlaması @show_news səhifəsində.

Публикация от Show_News by İsa Şükürov ©️ (@show_news)