Qusar teatrı yeni mövsümə start verib

17 Sentyabr, 2017 10:59 | Mədəniyyət | Baxış sayı: 122

Səhnədə ilk olaraq "Xanuma" əsəri oynanılıb

Sentyabrın 15-dən ölkədə teatr mövsümünə start verilib. Azərbaycanda ilk ləzgi dilli teatr olan Qusar Dövlət Ləzgi Dram Teatrı mövsümü gürcü yazıçısı Abksentiy Saqarellinin "Xanuma"əsəri ilə açıb. Bu barədə teatrın direktoru Faiq Qardaşov İstiPress-in Şimal bürosuna məlumat verib.

Onun sözlərinə  görə, yeni tamaşa izləyicilərə Azərbaycan dilində təqdim olunub. Bundan başqa bu mövsüm Qusar teatrı daha 2 əsəri tamaşaya hazırlayacaq.

Bunlar yerli dramaturq Şafiddin Gərəyxanovun "Yeddi qızın anası" və Rəvan Tohidoğlunun "Bir də etmərəm" əsərləridir. "Yeddi qızın anası"nı tamaşaçılar ləzgi dilində, uşaqlar üçün nəzərdə tutulan "Bir də etmərəm"i isə həm Azərbaycan, həm də ləzgi dilində izləyə biləcəklər.