Əfsanəvi aktyor öldü

17 Avqust, 2019 16:30 | Mədəniyyət | Baxış sayı: 337
Piter Fonda
Piter Fonda

Fonda ağciyər xərçəngindən əziyyət çəkirdi

Dünyanın ən tanınmış aktyorlarından daha biri həyatını itirdi. 1969-cu ildə lentə alınan "Easy Rider" filminin prodüseri, ssenaristi və aktyoru olan Piter Fonda 79 yaşında dünyasını dəyişib. 

Fondanın ailəsi onun ağciyər xərcəngindən əziyyət çəkdiyini və tənəfüs çatışmazlığından öldüyünü elan edib. 

P.Fondanın ailəsi də kino sektorunda çalışır. Belə ki, onun atası Henri Fonda da özü kimi aktyor olub. Bacısı Ceyn Fonda və qızı Bricet Fonda aktrisadır. 

Piter Fondanın Dennis Hopper və Cek Nikols ilə rol aldığı "Easy Rider" klassika hesab edilir və "ən yaxşı ssenari" nominasiyasında "Oskar" qazanıb.