8 yaşlı azərbaycanlı Moskvanı heyran etdi

17 Aprel, 2019 08:19 | Mədəniyyət | Baxış sayı: 75
Aydan Nuriyeva
Aydan Nuriyeva

Aydan Nuriyeva gənc pianoçuların müsabiqəsinə qatılıb

8 yaşlı azərbaycanlı qız bütün Rusiyanı heyran edə bilib. İstiPress-in məlumatına görə, Aydan Nuriyeva Moskvada keçirilən gənc fortopianoçular müsabiqəsinin laureatı olub. Azyaşlı Cənubi Koreyadan olan Kim Na Rin ilə Betxovenin Sonatasını və Aleksandr Qlazunovun valsını ifa edib. 

Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nümayəndəsi, Rusiyanın xalq artisti Vladimir Ovçinnikov Aydanı həmçinin "Artistizm qabiliyyətinə" görə mükafatı ilə də təltif edib. 

Mart ayında A. Nuriyeva Rusiyada daha bir  festivalda iştirak edərək uğur qazanmışdı. Onun fortopiano repertuarında bir çox tanınmış əsərlər olub. Ötən il isə azərbaycanalı qız İtaliyada keçirilən gənc pianoçuların beynəlxalq yarışında ikinci yerin sahbi olub.