Rafael Dadaşov dəfn edildi - FOTO

17 Mart, 2020 14:53 | Mədəniyyət | Baxış sayı: 267

Xalq artisti II Fəxri Xiyabanda dəfn ediləcək

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafael Dadaşov dəfn edilib.

İstiPress-in məlumatına görə, mərhum II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, Rafael Dadaşov dünən günorta saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

14:23

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Rafael Dadaşovla vida mərasimi keçirilib.

İstiPress-in məlumatına görə, mərasim mərhumun yaşadığı evdə baş tutub.

Xalq artisti II Fəxri Xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, Rafael Dadaşov dünən günorta saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.