“Qanlı Yanvar” yenə də ekranlarda

17 Yanvar, 2018 09:40 | Mədəniyyət | Baxış sayı: 332
Qanlı Yanvar filmindən foto
Qanlı Yanvar filmindən foto

Film sübut edir ki, Azərbaycan xalqı üçün istiqlal göydəndüşmə olmayıb

Azərbaycanın yüzlərlə məktəbində 20 yanvar faciəsinin 28-ci ildönümü ərəfəsində ssenarist və rejissor Vahid Mustafa Yevin “Qanlı Yanvar” filmi kütləvi nümayişinə başlanıb.

İstiPress-ə bu barədə sosial şəbəkələdə Azərbaycanın yüzlərlə məktəbini birləşdirən Orta Məktəb Psixoloqları qrupundan bildiriblər.

“Filmin nümayişi 16-20 yanvar günləri üçün nəzərdə tutulur. Düşünürük ki, film böyüməkdə olan nəsilə vətənpərvərlik hisslərini aşılmaqda yardımçı olacaq.  Film həm də 20 yanvar hadisələrinin birbaşa iştirakçısı olmuş rejissor tərəfindən çəkildiyindən onda indiyə kimi tarixçilərin diqqətindən yayılmış məqamlar var. “Qanlı Yanvar” filmi sübut edir ki, Azərbaycan xalqı üçün istiqlal göydəndüşmə olmayıb, o, buna öz mübarizəsi ilə nail olub”,- deyə qrup üzvləri vurğulayıblar.

Film Avropanın, Asiyanın, Şimali və Cənuibi Amerikanın bir çox ölkələrində nümayiş edilib, festivallara dəvət edilərək mükafatlandırılıb. Film ANS Şirkətlər Qrupuna daxil olan "Bakı Film" kinostidiyası və Çingiz Mustafayev Fondu tərəfindən çəkilib. Filmin çəkilişinə Azərbaycan prezidenti İlham Əliyev də böyük dəstək göstərib.  Filmin çəkilişində Azərbaycan aktyorları ilə yanaşı Türkiyənin və Rusiyanın məşhur aktyorları da iştirak ediblər. Filmədə Azərbaycan xalqının istiqlal uğrunda mübarizəsindən bəhs edilir.    

Minlərlə üzvü olan Orta Məktəb Psixoloqları qrupunda şagirdləri Azərbaycan üçün layiqli vətəndaş kimi yetişdirməyə yardımçı olan mövzular müzakirə olunur.

Filmə bu linkdən baxmaq mümkündür: http://tvseans.com/film/34/qanli-yanvar/watch