Azərbaycanlı müğənni 4-cü dəfə ana oldu

16 Noyabr, 2019 12:37 | Mədəniyyət | Baxış sayı: 374
Xuraman Şuşalı və ailəsi
Xuraman Şuşalı və ailəsi

Müğənni doğuşdan bir gün qabağa kimi toy aparıb

Azərbaycanlı müğənni dördüncü dəfə ana olub. Söhbət Xuraman Şuşalıdan gedir. İfaçının ötən gün dördüncü övladı- qızı dünyaya gəlib. Bu barədə o özünün "İnstagram" səhifəsində məlumat verib. 

X.Şuşalı yeni doğulan qızına Məryəm adını verib. O öz hisslərini belə ifadə edib: 

"Nə gözəl gündə gəldin qızım, Şükran Allah maşallah. Rəbbim olmayanlara da qismət eləsin. Amin".

Xatırladaq ki, Elçin adlı şəxslə evli olan və xına mərasimlərinin təşkili ilə məşğul olan müğəninin iki oğlu və bir qızı var idi. O, hamiləliyinin son gününə kimi tədbirlərdə iştirak edib. Hətta doğuşdan bir gün öncə toy aparıb.