İlham Əliyev artistləri mükafatlandırdı - SİYAHI

16 Oktyabr, 2018 19:41 | Mədəniyyət | Baxış sayı: 347
Mingəçevir Dövlət Dram Teatrı
Mingəçevir Dövlət Dram Teatrı

Mədəniyyət işçilərinə fərqli mükafatlar verilib

Prezident İlham Əliyev Mingəçevir Dövlət Dram Teatrı əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, sərəncama əsasən Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:

Abbasov Zülfüqar Qulu oğlu
Mirabov Akif Əhməd oğlu.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Mingəçevir Dövlət Dram Teatrının aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

Əliyeva Afət Məmməd qızı
Həşimov Rafael Zeynal oğlu
İbrahimli Qabil Mahmud oğlu
İmamverdiyev Yusif İmamverdi oğlu
Quliyev Aydın Baloğlan oğlu.