Prezidentliyə namizəd olan aparıcı toyunda striptiz göstərdi VİDEO

16 Sentyabr, 2019 11:21 | Mədəniyyət | Baxış sayı: 264
Kseniya Sobçakın toyu
Kseniya Sobçakın toyu

Bəyin valideynləri mərasimi yarımçıq tərk ediblər

Rusiyanın tanınmış telejurnalistlərindən biri, ölkə prezidentliyinə namizəd Kseniya Sobçak ötən həftəyə ikinci toyu ilə damğa vurdu. Bir uşaq anası olan aparıcının Konstantin Boqomolovla ailə qurması son günlərin ən çox müzakirə edilən mövzusu olub.

Toyda baş verənlər nəinki qonaqları, hətta bəyin valideynlərini də şoka salıb. Bəyin valideynləri isə yeni gəlinlərinin biabırçı hərəkətlərindən - rəqsindən sonra mərasimi yarımçıq tərk ediblər. 

Məsələ ondadır ki, gəlin donunu çıxaran Sobçaq səhnədə açıq saçıq alt geyimində striptiz hətəkətləri olan rəqs nümayiş etdirib. 

Toyda başverən hadisələr, xüsusi ilə gəlin maşını kimi seçilən tabut daşıyan avtomobil hətta Sobçakın öz anasını da sözün əsl mənasında şoka salıb. Lyudmila Narusova bunu özü etiraf edib.