Bu festival Azərbaycanda ilk dəfə keçiriləcək

16 İyun, 2017 11:25 | Mədəniyyət | Baxış sayı: 62
Kino
Kino

Festivalın oktyabrın 12-19-da keçirilməsi nəzərdə tutulur

Bakı şəhərində ilk dəfə “DocuBaku” adlı Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən İstiPress-ə verilən məlumata görə, festivalın oktyabrın 12-19-da keçirilməsi nəzərdə tutulur.

Festivalda Aİ ölkələri, qeyri-Aİ ölkələri və Azərbaycan rejissorlarına məxsus 20 sənədli film nümayiş olunacaq. 

Tədbir çərçivəsində avropalı rejissorlarla görüşlər keçiriləcək, müxtəlif seminarlar təşkil olunacaq.