Moskvada Azərbaycanlı qəhrəmanlar xatırlanacaq

16 May, 2019 09:49 | Mədəniyyət | Baxış sayı: 43
Böyük Vətən Müharibəsi veteranları (arxiv)
Böyük Vətən Müharibəsi veteranları (arxiv)

Tədbirdə kitab təqdimatı da olacaq

Moskvada İkinci Dünya Müharibəsində iştirak edən azərbaycanlıların xatirə gecəsi keçiriləcək. İstiPress-in məlumatına görə, xatirə gecəsi "Hamı üçün bir qələbə. Azərbaycan və azərbaycanlılar 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində" adlanır. 

Tədbirə toplaşanlar müharibə illərini xatırlayacaq, özlərinin xatirələri ilə bölüşəcəklər, video və foto faktlar nümayiş ediləcək. Bundan başqa adıçəkilən tədbirlər bağlı kitabın təqdimatı da nəzərdə tutulub.

Xatırladaq ki, bu il alman faşizmi üzərində qələbədən 74 il ötür. Müharibə nəticəsində 60 milyona yaxın insan həlak olub. Onların arasında minlərlə azərbaycanlıda olub. Müharibəyə yollanan 650 min Azərbaycan vətəndaşının 420 mini geri qayıtmayıb. Göstərdikləri misilsiz şücaətin müqabilində 43 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər isə "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilib. 

Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilər qəhrəmanlıq və fədakarlıq göstərib, cəbhəni və sənayeni yanacaqla təmin ediblər.  1941-ci ildə 23,5 milyon ton "qara qızıl" çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olub. Təkcə onu demək kifayətdir ki, hər beş təyyarədən dördü, hər beştankdan dördü, hər beş avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyirdi. Böyük Vətən müharibəsi Azərbaycanxalqının kütləvi qəhrəmanlıq və fədakarlığını nümayiş etdirdi.