Xalq artistindən xəbər var

16 Aprel, 2018 16:28 | Mədəniyyət | Baxış sayı: 279
Fəxrəddin Manafov
Fəxrəddin Manafov

Fəxrəddin Manafov Almaniyadan zəng edib

Almaniyaya müayinə üçün getmiş xalq artisti Fəxrəddin Manafov tezliklə Azərbaycana dönəcək.

İstiPress-ə bu barədə aktyorun çalışdığı Rus Dram Teatrının mətbuat xidmətindən bildiriblər.

“Fəxrəddin Manafov Almaniyaya müayinəyə gedib. Onurğasında bəzi problem var, nə səviyyədədir, yəqin ki, müayinə zamanı müəyyən edilib. Bizə özü zəng edib və vəziyyətinin yaxşı olduğunu deyib. Həm də bildirib ki, bir-iki günə gələcək”,- deyə mətbuat xidmətinin əməkdaşı bildirib.

Onun sözlərinə görə, Fəxrəddin Manafov Almaniyaya təxminən bir həftə qabaq gedib.

Fəxrəddin Manafov  2016-cı ildən Rus Dram Teatrında çalışır, teatrda baş rolda oynadığı son tamaşası "Mərasim" böyük uğur qazanıb.