Xalq artisti vəfat etdi

16 Mart, 2020 15:55 | Mədəniyyət | Baxış sayı: 156
Tabut (Arxiv)
Tabut (Arxiv)

Ailəsi məlumat verib

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rəfael Dadaşov vəfat edib.

İstiPress-in məlumatına görə, bu barədə Xalq artisti Briliant Dadaşova məlumat verib.

Tanınmış aktyorun qızı, müğənni Səidə Dadaşova bildirib:

“Çox ağırdır. Atam indi dünyasını dəyişdi. Çox danışa bilmirəm. Dünyasını dəyişən zaman hamımızdan halallıq istədi”.

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi.