Xalq artisti reanimasiyaya yerləşdirildi

16 Yanvar, 2018 16:59 | Mədəniyyət | Baxış sayı: 702
Təcili yardım
Təcili yardım

Azərbaycanın xalq artisti, Lənkəran Dram Teatrının aktrisası Böyükxanım Əliyeva bu gün səhər saatlarında ağ ciyər və ürək çatışmazlığı diaqnozu ilə reanimasiyaya yerləşdirilib. 

İstiPress-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov öz "Facebook" səhifəsində bildirib. Onun sözlərinə görə, aktrisa 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) yerləşdirilib.

Böyükxanım Həsənbala qızı Əliyeva 1945 -ci ildə Xaçmaz şəhərində anadan olub. 

1973-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakultəsini bitirərək təyinatla N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına göndərilib. B. Əliyeva bu müddət ərzində teatrın səhnəsində 100-dən çox rollar ifa edib.

Rolları: Germiona ("Qış nağılı", U.Şekspir), Amaliya ("Qaçaqlar", F.Şiller), Gültəkin ("Aydın", C.Cabbarlı), Sədayə ("Sən yanmasan", N.Xəzri), Nihal ("Yağışdan sonra", B.Vahabzadə), Sənəm xala ("Yaxşı adam", M.İbrahimov), Anjel, Aynur ("Məhv olmuş gündəliklər", "Büllur sarayda", İ.Əfəndiyev), komissar ("Nikbin faciə", Vs.Vişnevski) və s.

Allah şəfa versin!

Böyükxanım Əliyeva - Xalq Artisti, Lənkəran Dram Teatrının aktrisası
Böyükxanım Əliyeva - Xalq Artisti, Lənkəran Dram Teatrının aktrisası