Emin Bakıda konsert verdi

15 Dekabr, 2018 14:25 | Mədəniyyət | Baxış sayı: 47
Emin Ağalarov
Emin Ağalarov

Müğənni ən məşhur mahnılarını səsləndirib

Azərbaycanın Xalq artisti, tanınmış müğənni və bəstəkar, bir sıra nüfuzlu müsabiqələrin laureatı, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçısı Emin Ağalarov Bakıda  - Heydər Əliyev Sarayının səhnəsində geniş konsert proqramı ilə çıxış edib.

Konsertdən əvvəl çıxış edən E.Ağalarov ona göstərilən dəstəyə və yaradıcılığına verilən yüksək qiymətə görə tamaşaçılara minnətdarlığını bildirib. 

Konsertdə “Moy Azerbaydjan”, “Davay sbejim v Baku”, “Naçistatu”, “Still”, “Amor”, “Ya luçşe vsex jivu” və digər hitlər səslənib. Eminin ifasında dahi Müslüm Maqomayevin əfsanəvi “Mavi əbədiyyət” mahnısı konsertin kulminasiya nöqtəsi olub.