"Arşın mal alan" Moskvada

15 Sentyabr, 2018 12:02 | Mədəniyyət | Baxış sayı: 28
"Arşın mal alan"
"Arşın mal alan"

Filmin nümayişi bu gün olacaq

Dahi bəstəkar Üzeyir Hacıbəylinin dünya şöhrətli əsəri "Arşın mal alan" Rusiyada nümayiş etdiriləcək. İstiPress-in məlumatına görə, nümayiş bu gün Tretyakovski qalereyasında olacaq. 

Filmin nümayişi "Moskava kino məktəbi. Sergey Eyzenşteyn və onun tələbələri" proqramı çərcivəsində baş tutacaq. 

"Arşın mal alan" tammetrajlı bədii filmi rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko tərəfindən 1945-ci ildə ekranlaşdırılıb. Filmdə əsas rolları Rəşid Behbudov, Leyla Bədirbəyli, Ələkbər Hüseynzadə, İsmayıl Əfəndiyev, Münəvvər Kələntərli, Lütfəli Abdullayev, Fatma Mehrəliyeva və Rəhilə Mustafayeva ifa edirlər.