Kira Naytlinin “Official Secrets” filmindən ilk treyler VİDEO

15 İyun, 2019 14:39 | Mədəniyyət | Baxış sayı: 35
Kira Naytli
Kira Naytli

Filmin təqdimatı 23 avqustda ABŞ-da olacaq

Dünya premyerasını “Sundance Film Festivalı”nda edən siyasi intriqa filmi “Official Secrets”dən ilk treyler yayımlandı. Kira Naytlinin (Keira Knightley) baş rolunu üstləndiyi filmin, bu il premyerası planlaşdırılır.

tvseans.az-ın məlumatına görə, Gavin Hoodun rejissorluğunu etdiyi, baş rollarında isə Kira Naytli (Keira Knightley), Matt Smith, Mettyu Qud (Matthew Goode), Ris İvans (Rhys Ifans) və Ralf Faynsın (Ralph Fiennes) yer aldığı siyasi intriqa filmi “Official Secrets”dən ilk treyler yayımlanıb.

Dünya premyerasını bu il “Sundance Film Festivalı”nda edən “Official Secrets”, 2003-cü ildə ABŞ-ın İraqda gerçəkləşdirdiyi qanundankənar proseslərə aid gizli sənədləri ictimaiətlə paylaşan ingilis kəşfiyyat dairəsi GCHQ tərcüməçisi Katherine Gun’ın hekayəsindən bəhs edir.

Filmdə Kira Naytli (Keira Knightley), Katherine Gun rolunda izləyici qarşısına çıxır. Matt Smith isə BBC Dünya Servisi və "The Guardian"da etdiyi işləri ilə bilinən ingilis jurnalist Martin Brightı canlandırır. Filmdə Kira Naytli (Keira Knightley) və Smithlə yanaşı digər adlar arasında isə Naytlinin də yer aldığı "İmitasiya oyunu"nda (The Imitation Game) Hugh Alexander rolunda izləyici qarşısına çıxan Mettyu Qud (Matthew Goode) və "Şindlerin siyahısı" (Schindler’s List), "The Grand Budapest Hotel" kimi istedadlı proyektlərdə rol alan Ralf Fayns (Ralph Fiennes) iştirak edir.

NSA-in qanundankənar müşahidə etmə teknikasının ictimaiətə sızdırılma hekayəsini mövzu götürən "Snowden"da Corbin O’Brian’ı canlandıran Rhys Ifans da filmin aktyor heyətində yer alan bir digər simadır.

Olduqca sürətli irəliləyən ilk treyler Katherine Gunın inandığı dəyərləri müdafiə etmək məqsədi ilə verdiyi qərarın şəxsi yaşayışı üzərindəki təsirlərini göstərir. İngiltərədə dövrün siyasi atmosferasının da xatırladıldığı treyler, Gunın ona maneçilik törədən xarici təsirlərə qarşı mübarizəsini vurğulayır.

Film üçün hazırlıqlara 2016-cı ildə başlanmış, ilk mərhələdə aktyor heyəti üçün Harrison Ford, Entoni Hopkins (Anthony Hopkins), Paul Bettany, Natali Dormer (Natalie Dormer) və Martin Friman (Martin Freeman) kimi adlar düşünülmüşdü. Filmin rejissorluğunu isə Castin Çadvik (Justin Chadwick) üstlənəcəkdi. Ancaq 2018-ci ilin yanvarında Gavin Hoodun rejissor kürsüsünə oturacağı açıqlandıqdan sonra aktyor heyəti də yenidən formalaşdı və çəkilişlər ancaq 12 mart 2018-ci ildə başlaya bildi. Dünya premyerasını “Sundance Film Festivalı”nda edən “Official Secrets” filminin təqdimatı 23 avqustda ABŞ-da olacaq.