Kannda qalmaqal

15 May, 2019 16:24 | Mədəniyyət | Baxış sayı: 73
Alen Delon
Alen Delon

Alen Delona qarşı etiraz petisiyası hazırlandı

Kann kinofestivalının açılışı bu il qalmaqalla yadda qalıb. Belə ki, bu il festivalın xüsusi mükafatının məşhur aktyor Alen Delona verilməsi nəzərdə tutulmuşdu. O, kino sahəsindəki xidmətlərinə görə təltif edilməli idi. Lakin "Hollivudun qadınları" adlı qeyri-kommersiya təşkilatı buna qarşı çıxıb. Onlar 20 mindən çox imza torplayan petisiya da hazırlaya biliblər. 

83 yaşlı Delon irqçilikdə, seksistlikdə və s. əməllərdə ittiham edilir. O, tənha qadınların get-gedə kişilərə bənzədiyini də deyib. 

İctimai qınaq o yerə çatıb ki, festivalın direktoru da açıqlama verməli olub. Terri Fremo uzun ilər öncə baş verənlərə görə bugünün prizmasından kimisə ittiham etməyin çətin olduğunu deyib. "Biz Nobel mükafatı vermirik". 

O, deyib ki, ABŞ prezidenti Donald Trampın qanunsuz miqrasiya ilə bağlı dediklərinin yanında Delonun sözləri o qədər də alcaldıcı deyil.

Xatırladaq ki, A.Delon 60-70-ci illərin seks simvolu hesab edilib.