"Eurovision"un ilk finalçıları bilindi

15 May, 2019 08:25 | Mədəniyyət | Baxış sayı: 229
"Eurovision"
"Eurovision"

Azərbaycan təmsilçisi sabah yarışa qoşulur

Ötən gün İsrailin Tel-Əviv şəhərində "Eurovision" mahnı yarışmasının ilk yarımfinal mərhələsi yekunlaşıb. Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya təmsilçiləri finala vəsiqə qazana biliblər. 

Yarımfinalda ümumilikdə 17 ölkənin nümayəndəsi çıxış edib. Onların çıxışları peşəkar münsiflər heyəti və iştirakçı ölkələrin tamaşaçılarının səsləri ilə qiymətləndirilib. 

Mayın 14-də Kipr, Monteneqro, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan, San Marino iştirakçıları səhnəyə çıxacaqlar.

Azərbaycan təmsilçisi Çingiz Mustafayev mayın 16-da ikinci yarımfinalda çıxış edəcək.

Müsabiqənin finalı 18 mayda olacaq.