Emin koronavirus testinin nəticəsini açıqladı

15 Aprel, 2020 12:15 | Mədəniyyət | Baxış sayı: 206
Emin Ağalarov
Emin Ağalarov

“Heç bir yer - 30 restoran, 4 ticarət mərkəzi, 2 konsert salonu çalışmır”

Xalq artisti Emin Ağalarov Rusiyanın məşhur “Veçerniy Urqant” proqramının qonağı olub.

İstiPress-in məlumatına görə, müğənni-bəstəkar verilişdə karantin rejiminin biznesinə mənfi təsir etməsindən danışıb.

“Heç bir yer - 30 restoran, 4 ticarət mərkəzi, 2 konsert salonu çalışmır”- deyə Emin bildirib.

Bundan əlavə, sənətçi Bakı və Moskvada iki dəfə koronavirus testindən keçdiyini, cavabların neqativ çıxdığını qeyd edib.