Dünyanın ən gözəl ailəsi rəsmən dağıldı

15 Aprel, 2019 11:40 | Mədəniyyət | Baxış sayı: 121
Coli və Pitt
Coli və Pitt

Coli və Pittin boşanma prosesi bitdi

Dünyanın ən yaraşıqlı cütlüklərindən biri hesab edilən Ancelina Coli və Bred Pitt rəsmən boşandılar. İstiPress-in məlumatına görə, məhkəmə üç ilə yaxındır ayrı yaşayan cütlük haqqında son qərarını verib. 

Coli və Pitt rəsmən ayrılsalara da onlar 6 uşağı kimdə qalacağı problemini hələ də həll edə bilməyiblər. Bunun üçün də onlara uşaqlara himayədarlıq, əmlak bölgüsü sənədinin üzərində işləməyə vaxt verilib. Bu sənədin hazırlığı aylarla davam edə bilər.

Hollivudun məşhur simaları 2014-cü ildə evləniblər. Buna kimi isə onlar uzun illər bərabər yaşayıblar. Bu bərabərlikdən Coli 3 övlad dünyaya gətirib. Ümumilikdə isə aktyor ailəsində 6 uşaq olub.