Türkiyənin ən yaraşıqlı cütlüyünün oğlu üzə çıxdı FOTO

14 Dekabr, 2019 13:19 | Mədəniyyət | Baxış sayı: 199
Karan
Karan

Fahriyyə Evcen 8 aylıq fotosunu göstərdi

Azərbaycanda da milyonlarla pərəstişkarı olan Türkiyənin ən sevilən cütlüyü bir neçə ay öncə doğulan övladlarını üzə çıxarıblar. Söhbət Fahriyyə Evcen ilə Burak Özçivitdən gedir.

8 aylıq Karanın fotolarını anası özünün "İnstagram" hesabında paylaşıb. Bu vaxta kimi onlar ciddi cəhdlə oğullarını mediadan gizlətməyə nail olmuşdular. 

Qısa müddətdə körpənin fotoları minlərlə insan tərəfindən bəyənilib. Karanın ölkənin ən yaraşıqlı kişilərindən hesab edilən atasına bənzərliyi də diqqətlərdən qaçmayıb. 

Qeyd edək ki, cütlük "Çalıquşu" serialının çəkilişi zamanı yaxınlaşıb. 3,5 illik münasibətdən sonra 2017-ci ildə onların dəbdəbəli toyu baş tutub.