"Beşiktaş"ın prezidentinin azərbaycanlı sevgilisi məst etdi - FOTO

14 Sentyabr, 2017 15:39 | Mədəniyyət | Baxış sayı: 334
Ülviyyə Aleks
Ülviyyə Aleks

Ülviyyə Alekin podiuma yolu açılıb

"Beşiktaş" klubunun prezidenti Fikret Ormanla sevgi münasibəti üzə çıxan azərbaycanlı modelin yolu açılıb. İstiPress-in məlumatına görə, Ormanın lüks yaxtası ilə tətilə çıxan, onun Bodrumdakı otelində qalan Ülviyyə Aleksə məşhur modelyerlərdən təkliflər yağmağa başlayıb.

"Mercedes-Benz Fashion Week"də model podiuma çıxıb. Podiumda isə modelyer Raşid Bağzıbağlının 2018-ci il yaz-yay kolleksiyası nümayiş etdirilib. 70-ci illərdən ilhamlanaraq yaradılan kolleksiyanın əsas modellərindən biri də məhz Ülviyyə olub. O, zərafəti ilə izləyiciləri məst edə bilib. 

Dörd il öncə İstanbula gələn Ülviyyə Əhməd ukraynalı ailənin qızıdır və Bakıda anadan olub. 30 yaşlı model İstanbula yaxın dostu olan azərbaycanlı modelyer Rüfət İsmayılın sayəsində köçüb. İstanbulda qaldığı evin kirayəsini belə çətinliklə ödədiyi bir dövrdə o "Beşiktaş"ın prezidenti ilə tanış olub. Bundan sonra 1 uşaq anasının həyatı müsbətə doğru dəyişib.