Deputat da olan məşhur Xalq artisti öldü

14 İyun, 2018 12:52 | Mədəniyyət | Baxış sayı: 240
Stanislav Qovoruxin
Stanislav Qovoruxin

Qovoruxin SSRİ dövründə çəkilən məşhur filmlərin rejissoru olub

Tanınmış rusiyalı rejissor, xalq artisti vəfat edib. İstiPress-in məlumatına görə, Stanislav Qovoruxinin ölümü barədə Dövlət Dumasının iclası zamanı spiker Vyaçeslav Volodin məlumat verib. 

Rejissor uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkib. O, müalicə aldığı sanatoriyada keçinib.

Rusiyanın xalq artisti olan S.Qovoruxin SSRİ dövründə çəkilən və Azərbaycan tamaşaçılarına da yaxşı tanış olan bir neçə tanınmış filmin rejissorudur. Onların arasında "Görüş yerini dəyişmək olmaz", "XX əsrin quldurları", "Kapitan Qrantın axtarışında" və s.var. 

O, fəal siyasi fəaliyyətlə də məşğul olub. "Vahid Rusiya" partiyasından VI çağırış Dövlət Dumasının deputatı, Dövlət Dumasının mədəniyyət üzrə komitətinin sədri, 2005-ci ildən etibarən "Vahid Rusiya" partiyasının üzvü olub. 2012-ci il prezident seçkilərində Vladimir Putinin seçkiqabağı kompaniyasını sədri idi.