"Toy" mahnısı "Eurovision"un qalibi oldu VİDEO

14 May, 2018 09:10 | Mədəniyyət | Baxış sayı: 238
İsrail təmsilçisi
İsrail təmsilçisi

Mahnı 529 xal toplayıb

Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Eurovision-2018” mahnı müsabiqəsinin qalibi müəyyən edilib.

Bu il birincilik İsrail təmsilçisinin olub. Netta "Toy"  mahnısını ifa edərək, 529 xal qazanıb. Bununla da İsrail dördüncü dəfə adıçəkilən yarışın qalibi olub. 

İsrail 529, Kipr (Eleni Foureira "Fuego") 436 və Avstriya (Cesar Sampson ise "Nobody But You" ) 346  xalla “Eurovision 2018” mahnı müsabiqənin ilk üçlüyündə yer alıblar. 

Ev sahibi olan 28 yaşlı müğənni, müsabiqənin ötən ilki qalibi Salvador Sobral səhnəyə 75 yaşlı braziliyalı Kaetano Velosoyal birlikdə çıxıb. 

"Eurovision" qalmaqalsız da ötüşməyib. Böyük Britaniya təmsilçisinin ifası zamanı bir etirazçı səhnəyə çıxıb və müğənninin əlindən mikrafonu alıb. Dərhal təhlükəsizlik qüvvələri ona müdaxilə edərək, səhnədən çıxarıblar. 

Xatırladaq ki, bu il Azərbayacan final mərhələsinə vəsiqə qazana bilməyib.