Azərbaycanda ən çox baxılan serialın ulduzu 15 qonaqla toy etdi

14 Mart, 2018 10:12 | Mədəniyyət | Baxış sayı: 277
Özcan Dəniz və sevgilisi
Özcan Dəniz və sevgilisi

Hamilə gəlin bəydən 20 yaş kiçikdir

Türkiyənin ən məşhur müğənnilərindən biri, Azərbaycanda da minlərlə insan tərəfindən izlənilən "İstanbullu gəlin" serialının ulduzu Özcan Dəniz evləndi. İstiPress-in məlumatına görə, 45 yaşlı ifaçı özündən 20 yaş kişik sevgilisi ilə nikah masasına oturub.

7,5 aylıq hamilə olan Feyza Aktan ilə Ö.Dənizin toyu 8 Mart Qadınlar günündə olub. Mərasim Dənizin lüks villasında baş tutub. Onların toyuna isə cəmi 15 nəfər qonaq qatılıb. Feyza Deniz gəlinlik əvəzinə ağ sadə don geyinməyi seçib. 

Cütlük serial çəkilişləri və hamiləliklə bağlı bal ayı planını təxirə salmalı olub. Gəzinti iyunda serial final edəndən sonra baş tutacaq. İfaçı artıq doğulacaq oğluna ad da seçib. Belə ki, çoxdan gözlənilən körpənin adı Kuzey olacaq. Bal ayına da onlar Kuzey ilə bərabər gedəcəklər. 

Yay aylarında onlar toy etməyi də düşünürlər. Az adamın iştirak edəcəyi toy isə körpənin doğumundan sonra baş tutacaq.