Türkiyənin Azərbaycan mənşəli məşhur müğənnisi Nuray Hafiftaş dünyasını dəyişib.
İstiPress-in məlumatına görə, o, bir neçə saat əvvəl müalicə aldığı xəstəxanada həyatını itirib. Nuray Hafiftaş ötən ilin iyun ayında qaraciyər xərçənginə yoluxmuşdu.
Aşıq qızı olan Nuray Hafiftaş 1964-cü ildə Azərbaycanın məşhur aşığı Aşıq Şenlikin vətəni Çıldırda dünyaya gəlib. Orta məktəbə İstanbulda gedib. Çox sayda albomlar çıxarmış Nuray Hafiftaş Azərbaycan müğənniləri ilə də duet oxumuşdu.
Allah rəhmət eləsin!